image-2000x150px
image-123
image-ads_atlas
image-146a3a898b438c7dd3f048366a55deefbackend

Ukraynadan Krımda xüsusi əməliyyat – Rus ordusunda çaxnaşma başladı

image-728x90px

“Rusiya ordusunun işğal altında olan Krımdakı aviabazasına uğurlu hücumda oradakı Ukrayna agentlərinin rolu ola bilər”.

Bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəisi, ordu generalı Mikola Malomuj deyib.

“Kəşfiyyat xidmətlərimiz tərəfindən xüsusi əməliyyatın keçirilməsi mümkündür. Biz bilavasitə bu obyektdə olan, orada xidmət edən və ya bilərəkdən göndərilən şəxslərdən istifadə edə bilərdik”, – general bildirib.

Malomuj obyektin təyyarə və raket vasitələri ilə məhv edildiyini istisna etməyib.

General Ukrayna xüsusi xidmət orqanlarının eyni vaxtda bir neçə yerdə mürəkkəb əməliyyat keçirə biləcəyini də deyib.

Onun sözlərinə görə, aviabazaya hücumun ciddi hərbi-siyasi əhəmiyyəti olacaq:

“Bunu həm Ukraynada, həm də dünyada hadisəyə reaksiyalar göstərir.

Bu, hərbçilərin əhval-ruhiyyəsini yüksəldir, bu o deməkdir ki, artıq Krım ərazisində hərəkət edə bilərik. Təbii ki, bu, Rusiya isteblişmentinə, hərbçilərə və mülki əhaliyə çox böyük zərbədir. Hücumdan sonra çaxnaşma müşahidə olunur, Krımdan axın başlayıb. Bu, Rusiya və onun Silahlı Qüvvələrinin nüfuzunu sarsıdır. Bu göstərir ki, ruslar üçün hər yerdən təhlükə var”.

Avqustun 9-da Krımın Saki şəhəri yaxınlığındakı hərbi aerodromda partlayışlar baş verib. Olayda rusların 9 təyyarəsinin məhv edildiyi, aerodromun sıradan çıxdığı bildirilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki