image-n1karobka_ads
image-123
image-6948438d02e8bd7b8f1bd0acbackend

ABŞ baş prokuroru Epşteynin qurbanlarına müraciət etdi

image-ad_qayo_720x110px

ABŞ-ın baş prokuroru Pam Bondi maliyyəçi Ceffri Epşteynin qurbanlarını hakimiyyət orqanları ilə əlaqə saxlamağa çağırıb.

Doğru.az xəbər verir ki, RİA Novosti Bondinin sözlərini sitat gətirir: “Biz artıq qurbanların çoxu ilə görüşmüşük. Xahiş edirəm mənimlə, Baş prokurorun müavini Blanşla və ya FTB ilə əlaqə saxlayın, biz dərhal araşdırmaya başlayacağıq”.

Pam Bondinin sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı iştirak etmiş bütün şəxslərə qarşı ittiham irəli sürmək niyyətindədir.

Qeyd edək ki, dekabrın 20-də ABŞ Federal Təhqiqat Bürosu Epşteyn işi ilə bağlı yeni materialları ictimaiyyətə açıqlayıb.

Bununla yanaşı, “Daily Mail” qəzeti Epşteynin mənzilində ABŞ-ın keçmiş prezidenti Bill Klintonun mavi don və hündürdaban ayaqqabıda təsvir olunduğu portretin saxlanıldığını yazıb. Həmçinin məxfilikdən çıxarılan fotolardan birində Klintonun məhkum edilmiş cinsi qaçaqmalçı Ghislaine Maxwell ilə hovuzda üzdüyü, digər kadrlarda isə jakuzidə istirahət etdiyi iddia olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki