image-n1karobka_ads
image-123
image-3sr6ahb365jjjj7ry4xjoy4e2ibackend

ABŞ Baydenin ailə üzvlərini və məhbusları əfv etməsini araşdırır

ABŞ Ədliyyə Nazirliyi keçmiş ABŞ prezidenti Co Baydenin ailə üzvlərini və məhbusları əfv etməsini araşdırır.

Bu barədə Reuters yazır.

Əfvlərin vəkili Ed Martin elektron poçtunda araşdırmanın “Baydenin səriştəli olub-olmaması və başqalarının onun səriştəsizliyindən avtomatik imza və ya digər vasitələrlə istifadə edib-etməməsi” ilə bağlı olduğunu yazdı.

Məktubda istintaqın bəzi Bayden ailə üzvlərinin, eləcə də ölüm hökmü ömürlük həbslə əvəzlənmiş 37 məhbusun əfv olunmasını əhatə edəcəyi qeyd edilib.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatası Bayden vəzifədə olarkən onun adından sənədlər üçün avtomatik imzadan istifadə edən 4 nəfəri müəyyən etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki