image-2000x150px
image-123
image-ads_atlas
image-cb20bca6803c061c57976399d57e52debackend

ABŞ-da 12 yaşlı məktəbli anasını öldürdü

image-728x90px

ABŞ-da 12 yaşlı məktəbli öz anasını öldürüb.

Yeniyetmə əvvəlcə bu cinayətdə başqa şəxsi ittiham etsə də, sübutların təzyiqi altında cinayətini etiraf edib.

Alabama ştatında tibb bacısı işləyən Ayobi Kuk evində ölü tapılıb. Qadının oğlu polisə bildirib ki, silahlı quldur içəri girib, anasını güllələyərək öldürüb, sonra isə qaçıb.

Lakin aparılan araşdırmalardan sonra məlum olub ki, oğul ehtiyatsızlıqdan anasını tapança ilə vurub. Məktəbli ifadəsini dəyişərək əməlini etiraf edib.

Məlumata görə, uşağın atası polisdə işləyir və faciə baş verən zaman xidmətdə olub.

İşə xüsusi qaydada ailə məhkəməsində baxılacağı bildirilib. Uşağın hansı cəzaya məruz qalacağı məlum deyil.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki