ABŞ-ın Aydaho ştatında meşə yanğınında faciə yaşanıb.
Doğru.az Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Koeur Alene şəhərində baş verən yanğına itfaiyəçilər müdaxilə edib.
Lakin onlara naməlum şəxs tərəfindən atəş açılıb. Yanğın Kanfild Dağındakı təbiət parkında yayılıb. 25 hektarlıq ərazi alova bürünüb.
Hadisə yerinə əlavə polis qüvvələri və SWAT dəstələri cəlb olunub. İtfaiyəçilərə pusqu qurulduğu ehtimal edilir. Aydaho qubernatoru Bred Litl hücumu pisləyib. O, sakinləri həmin ərazidən uzaq durmağa çağırıb.
DOĞRU.AZ