image-2000x150px
image-123
image-ads_atlas
image-62f55bfe1464a62f55bfe1464b166024703862f55bfe1464862f55bfe14649backend

ABŞ Dövlət Departamenti: Rusiya İrana PUA verərsə…

image-728x90px

Tehran Moskvaya PUA verəcəyi təqdirdə ABŞ Rusiya və İrana qarşı sanksiyalardan aktiv istifadə edəcək.

Doğru.Az“-ın TASS-a istinadla xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel mətbuat konfransında bildirib.

Patel vurğulayıb ki, Dövlət Departamenti ABŞ-ın silah ticarəti ilə bağlı sanksiyalarına əməl edilib-edilmədiyinə ciddi nəzarət edir.

 

İranın Rusiyaya PUA-lar verməsi məsələsinə toxunan sözçü bunun sanksiyaların əhatə dairəsinə girdiyini bildirib: “Bu tip transaksiyalar potensial olaraq ABŞ hüquqi aktlarının təsir dairəsinə daxildir”.

Diplomat qeyd edib ki, İran bu yaxınlarda Rusiya tərəfə öz istehsalı olan PUA nümunəsini təqdim edib. Bu avadanlıqların zərbə variantları da mövcuddur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki