Birləşmiş Ştatlar ilk üç qabaqcıl beşinci nəsil F-35 döyüş təyyarəsini təhvil alıb və tədarüklərin davam etdiriləcəyini gözləyir.
RİA Novosti xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“F-35 Birgə Proqram Ofisi və baş podratçı Lockheed Martin bu gün Technology Refresh – 3 (TR-3) konfiqurasiyasında ilk F-35 təyyarəsini təhvil verməyə başladıqlarını açıqladı” dedi.
Qeyd olunur ki, qırıcılar Alabama ştatındakı Dannelli Field Hərbi Hava Qüvvələri bazasında və Nevadadakı Nellis Hərbi Hava Qüvvələri bazasında qəbul edilib.
Bundan əlavə, Pentaqon ABŞ və Yaponiya üçün doqquz təyyarə istehsalı haqqında müqavilə imzalayıb.
DOĞRU.AZ