image-2000x150px
image-123
image-ads_atlas
image-8a53564fc1b557b25264be60a362859abackend

“ABŞ-ın hegemonluğu əbədi davam edə bilməz”– Putin

image-728x90px

“Rusiya öz suveren kursundan dönməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici ölkələrin səfirlərinə etimadnamələrin təqdim edilməsi mərasimində deyib.

Putinin sözlərinə görə, ölkələrin çoxqütblü dünyaya doğru hərəkəti beynəlxalq siyasətin əsas istiqamətinə çevrilib: “Sizin işiniz beynəlxalq münasibətlərin arxitekturasının köklü transformasiyası proseslərinin sürətləndiyi, dünya nizamının çoxqütblü, daha demokratik və ədalətli sisteminin formalaşmasının aktiv mərhələyə qədəm qoyduğu bir şəraitdə davam edir. Çoxqütblü dünyaya doğru hərəkətin dünya siyasətində əsas, strateji istiqamət olması faktı Şanxay Əməkdaşlıq Təşkilatının bu yaxınlarda Səmərqənddə keçirilən sammiti ilə təsdiqləndi”.

Putin əlavə edib ki, Qərbin və konkret olaraq ABŞ-ın Latın Amerikası, Avropa və Asiyanın beynəlxalq işlərində hegemonluğu əbədi davam edə bilməz: “Bu hegemon bunu kifayət qədər uzun müddət yaxşı bacardı. Lakin bu, əbədi olaraq belə davam edə bilməz, mümkün deyil”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki