image-n1karobka_ads
image-123
image-695dcd08ae5ac9203b4b06eabackend

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın oğlu Maykl vəfat edib

image-ad_qayo_720x110px

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan 80 yaşında dünyasını dəyişib.

Doğru.az xəbər verir ki, ABC News-un məlumatına görə, bu barədə onun ailəsi açıqlama yayıb. Bildirilib ki, Maykl Reyqan bazar günü Los-Ancelesdə ailə üzvlərinin əhatəsində vəfat edib.

Qeyd edək ki, Ronald Reyqanın beş övladından biri olan Maykl Reyqan mühafizəkar siyasi şərhçi və radio aparıcısı kimi tanınıb.

Xatırladaq ki, dekabrın sonunda Banqladeşin keçmiş baş naziri Xalidə Ziyanın vəfat etməsi ilə bağlı məlumatlar yayılmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki