ABŞ prezidenti Donald Tramp etirazlar fonunda İrana mümkün hərbi zərbələr barədə məlumatlandırılıb.
Doğru.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti rəsmi mənbələrə istinadən yazıb. Məlumata görə, Tramp son günlərdə İrana qarşı hərbi əməliyyatlar üçün yeni variantlarla tanış olub. Prezident hələlik yekun qərar verməsə də, rəsmilər onun zərbənin təsdiqlənməsini ciddi şəkildə nəzərdən keçirdiyini bildiriblər.
Nəşr qeyd edir ki, Trampa Tehranda qeyri-hərbi obyektlərə zərbə endirilməsini nəzərdə tutan ssenarilər də təqdim edilib.
Xatırladaq ki, daha əvvəl “The Wall Street Journal” qəzeti də mənbələrə istinadən Tramp administrasiyasında İrana qarşı mümkün zərbələrin hədəflərinin müzakirə edildiyini yazmışdı.
DOĞRU.AZ




























