image-n1karobka_ads
image-123
image-upload-2022-03-17t000000z_349083416_rc2d4t9hdazc_rtrmadp_3_usa-dailylife-pic_32ratio_900x600-900x600-73951backend

ABŞ-lı senator 2001-ci ildən bəri ən böyük təhlükəni açıqlayıb

ABŞ qaçqın böhranı səbəbindən 2001-ci ildən bəri ən böyük terror təhlükəsi ilə üz-üzədir.

Bu barədə Texas senatoru Ted Kruz Fox News-a müsahibəsində bildirib.

Kruzun sözlərinə görə, prezident Co Bayden administrasiyası Amerika vətəndaşlarını terror hücumlarından qorumaq üçün lazımi addımlar atmır.

Senator hesab edir ki, indiki miqrant axını demokratların siyasi məqsədlər üçün qızışdırdığı işğaldır. O qeyd edib ki, demokratlar üçün partiyaya nəzarətin qiyməti insan qurbanıdır.

Bir müddət əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-dakı miqrantlarla bağlı vəziyyəti müharibə ilə müqayisə edib və Baydeni ölkədə miqrantların törətdiyi cinayətlərdə ittiham edib.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki