image-n1karobka_ads
image-123
image-upload-shutterstock_1620824386-pic_32ratio_900x600-900x600-48552backend

ABŞ ordusu dörd Yəmən PUA-nın məhv edildiyini bildirib

ABŞ ordusu Yəmənin Ənsar Allah hərəkatının husilərinin nəzarətində olan bölgələrində dörd pilotsuz təyyarə və bir yer-hava raketinin məhv edildiyini bildirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) özünün X (keçmiş Twitter) hesabında məlumat yayıb.

CENTCOM qeyd edib ki, PUA və raket bölgədəki ticarət gəmiləri və Amerika hərbi gəmiləri üçün təhlükə yaradır. Husilər Ədən körfəzinə doğru bir gəmi əleyhinə raket atsalar da, heç bir gəmini vurmayıb.

Bundan əvvəl RİA Novosti mənbəyə istinadən məlumat vermişdi ki, husilər hipersəs raketini uğurla sınaqdan keçiriblər.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki