image-n1karobka_ads
image-123
image-68ae9dc9ae5ac942077bfb51backend

ABŞ: Putin və Zelenski arasında ikitərəfli görüş mümkün ola bilər

image-ad_qayo_720x110px

ABŞ-ın sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiven Vitkoff Rusiya və Ukrayna liderləri arasında görüşün mümkün olduğunu istisna etməyib.

Doğru.az xəbər verir ki, Vitkoff Fox News telekanalına müsahibəsində Vladimir Putin və Vladimir Zelenski arasında sonda ikitərəfli görüşün baş tuta biləcəyini bildirib.

Onun sözlərinə görə, bu prosesdə razılaşmanı yekunlaşdırmaq üçün ABŞ prezidenti Donald Trampın da danışıqlar masasında iştirakına ehtiyac ola bilər.

Vitkoff həmçinin Putinin ona müharibənin sona çatmasını istədiyini dediyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Donald Tramp özü də Putin və Zelenskinin görüşüb-görüşməyəcəyini dəqiq bilmədiyini etiraf etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki