image-n1karobka_ads
image-123
image-68afe86bae5ac954955a6ceabackend

ABŞ rəsmisi Ukrayna müharibəsini “Modinin müharibəsi” adlandırdı

image-ad_qayo_720x110px

ABŞ liderinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Piter Navarro Hindistanın Rusiyadan neft almağa davam etməsini kəskin tənqid edib.

Doğru.az xəbər verir ki, Bloomberg-ə açıqlamasında o, Ukrayna münaqişəsini “Hindistanın baş naziri Narendra Modinin müharibəsi” adlandırıb.

Navarronun sözlərinə görə, Hindistanın mövcud siyasəti ABŞ da daxil olmaqla bütün dünyaya mənfi təsir göstərir:
“Amerikada hər kəs Hindistan rəhbərliyinin hərəkətlərindən uduzur. Mən Modinin müharibəsini nəzərdə tuturam, çünki sülhə gedən yol, xüsusən də Yeni Dehlidən keçir”.

ABŞ rəsmisi həmçinin Hindistan hakimiyyətini “demokratiya kimi davranmağa” çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki