ABŞ Belarus hökumətinin 100 nümayəndəsi və ya onlarla əlaqəli şəxslərə viza məhdudiyyəti qoyub.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
Ağ Ev rəsmi deyib ki, viza məhdudiyyətləri ölkənin demokratik təsisatlarına zərbə vurmaqda ittiham olunan Belarus hakimiyyətinin nümayəndələrinə və onların tərəfdaşlarına şamil edilir.
“Bu gün biz Belarusun 100 dövlət məmuruna və onların tərəfdaşlarına qarşı viza məhdudiyyəti tətbiq etmək üçün tədbirlər elan edirik. Onlar Belarusun demokratik təsisatlarını pozmaqda, sarsıtmaqda və ya ölkənin demokratik keçidinə mane olmaqda iştirak ediblər”, – Blinken izah edib.
“Siyahıya parlament üzvləri, rayon hakimləri, təhlükəsizlik xidmətinin əməkdaşları, icraiyyə komitəsinin üzvləri və dövlət universitetlərinin rəhbərləri daxildir”, – ABŞ dövlət katibi yekunlaşdırıb.
Belə ki, Belarus Prezidenti Administrasiyasının, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin, Mərkəzi Seçki Komissiyasının, İstintaq Komitəsinin, Belarus Nəqliyyat Nazirliyinin əməkdaşları, habelə respublikanın silahlı qüvvələrinin nümayəndələri və bir sıra digər şəxslərə yeni viza məhdudiyyətləri tətbiq edilib.

























