image-2000x150px
image-b17231f80e9f282229947d07625bd4ddbackend

ABŞ Səudiyyə Ərəbistanına silah satışını dayandırır

image-728x90px

ABŞ senatoru Riçard Blumental Səudiyyə Ərəbistanına silah satışını bir il müddətinə dayandırmaq üçün qanun layihəsinin ABŞ Senatına təqdim edildiyini bildirib .

Sfera.az xəbər veirr ki, bu barədə o, jurnalistlərə bildirib.

İlkin məlumatlara görə, söhbət Səudiyyə Ərəbistanına silah və sursatların birbaşa kommersiya və xarici hərbi satışının bir il müddətinə dayandırılmasından gedir.

Bundan əvvəl Ağ Ev Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ prezidenti Co Bayden OPEC+ ölkələrinin neft hasilatını azaltmaq qərarından sonra ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən baxa bilər.

Onun sözlərinə görə, Bayden Ər -Riyadla münasibətləri nəzərdən keçirmək üçün Konqreslə işləməyə hazırdır.

Bundan əvvəl Bayden OPEC+ sazişində iştirak edən ölkələrin neft hasilatını azaltmaq qərarından məyus olduğunu bildirib. Bu barədə o, jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton gələcək fəaliyyət üçün müxtəlif variantları nəzərdən keçirir və hələ ki, qərar qəbul etməyib.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki