ABŞ hakimiyyəti bu həftə Ukraynaya kaset sursatlarının göndərilib-göndərilməməsinə qərar verə bilər.
Bu barədə hökumətdəki mənbələrə istinadən CBS telekanalı məlumat yayıb.
Aydınlaşdırılır ki, bu məsələnin müzakirəsi Kiyev hakimiyyətinin “gözləniləndən daha ləng hərəkət edən” əks-hücum fonunda sursata yüksək tələbatını ödəmək məqsədi daşıyır. Mənbələrdən birinə görə, belə bir mərminin məhv olma sahəsi adi döyüş sursatından təxminən beş dəfə çoxdur.
Kassetli sursatlar ABŞ və Ukrayna daxil olmaqla 123 ölkə tərəfindən ratifikasiya edilmiş beynəlxalq konvensiya ilə qadağan edilib.
Mənbə: Haber Global