image-2000x150px
image-123
image-ads_atlas
image-abs_herbibackend

ABŞ Ukrayna büdcəsinə külli miqdarda vəsait köçürdü

image-728x90px

ABŞ-ın 3 milyard dollar məbləğində qrant yardımı Ukraynanın dövlət büdcəsinə daxil olub.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Şmıqal qeyd edib ki, bu, əlavə 4,5 milyard dollarlıq birbaşa büdcə dəstəyinin birinci tranşıdır.

Avqustun 8-də Dünya Bankı ABŞ-ın Ukrayna büdcəsini dəstəkləmək üçün əlavə 4,5 milyard dollar ayırdığını elan edib. Vəsait sosial müavinətlərin, səhiyyə xidmətlərinin və pensiyaların ödənilməsinə sərf olunacaq, Ukraynada milli və regional səviyyədə büdcə öhdəliklərinin yerinə yetirilməsinə kömək edəcək.

Dünya Bankı Kiyevi dəstəkləmək üçün təcili olaraq 13 milyard dollara yaxın vəsait səfərbər edib.

Avqustun 24-də ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 2,98 milyard dollarlıq hərbi yardım paketi elan edib. Bu, Ukraynaya hava hücumundan müdafiə, artilleriya sistemləri və döyüş sursatları, həmçinin pilotsuz uçuş əleyhinə sistemlər və radarlar əldə etməyə imkan verəcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki