image-2000x150px
image-123
image-ads_atlas
image-ap22042390959330-pic_32ratio_900x600-900x600-82667backend

 ABŞ Ukraynaya silah tədarükünü davam etdirəcək?

image-728x90px

ABŞ öz ehtiyatlarını tükəndirməkdən qorxmadan Ukraynaya silah tədarükünü davam etdirə biləcək.

Bu barədə Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder bildirib.

“ABŞ-ın hazırlığı risk altında deyil və vəziyyət təhdid edilməyə yaxın deyil. Biz əminik ki, Ukraynanı gələcəkdə onun mübarizəsində dəstəkləməyə davam edə bilərik”, – Pentaqon sözçüsü qeyd edib.

Rayder izah edib ki, Ukraynaya hərbi yardım “beynəlxalq səydir”. O, həmçinin qeyd edib ki, ABŞ və onun müttəfiqləri “birlikdə Ukraynaya hansı silah növlərini verə biləcəklərini” araşdırmaqda davam edəcəklər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki