image-ads_n1karobka_mobile
image-66c3a50002e8bd3caa5b5109backend

Ağ Ev: Qəzza ilə bağlı yeni danışıqlar həftənin sonuna qədər Qahirədə baş tutacaq

Qəzza zolağında münaqişənin həlli üçün yeni danışıqlar həftənin sonuna qədər Qahirədə baş tutmalıdır.

TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer onlayn brifinqdə bildirib.

“Tərəflər texniki işləri davam etdirir, yüksək səviyyəli rəsmilər həftənin sonuna qədər Qahirədə yenidən görüşəcəklər”, – Jan-Pier qeyd edib.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken İsrailin Qəzza zolağında nizamlanma ilə bağlı ABŞ-ın yeni təklifini qəbul etdiyini bildirmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki