image-n1karobka_ads
image-123
image-pevwk7hkrcdzqnwj55pcot9h1sxspswc745pwegq_825backend

Ağadadaş Ağayev cəzadan azad edildi

image-ad_qayo_720x110px

Xalq artisti Ağadadaş Ağayev amnistiyaya düşdüyü üçün ona verilən cəza ləğv olunub.

Doğru.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Qərara əsasən, Ağayevin məhkumluğu götürülüb.

Bundan başqa, Ağadadaş Ağayevlə insident yaşayan və şərti məhkum edilən “MedEra” hospitalının mühafizəçisi Nurəddin Cəlilov barəsində də amnistiya aktı tətbiq edilib və o da cəzadan azad olunub.

Qeyd edək ki, Ağadadaş Ağayev 2025-ci ilin mart ayında Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək onun cəzası şərti hesab olunmuş və 1 il sınaq müddəti müəyyən edilmişdi.

İttihamda bildirilirdi ki, 2024-cü ilin iyul ayında Ağaydaş Ağayev “MedEra” hospitalının mühafizəçisi Nurəddin Cəlilovla mübahisə edib, mübahisə zamanı balta atılıb və baltanın hospitalda xadimə işləyən Nəzakət Paşayevaya dəydiyi qeyd olunurdu. Həmçinin Nurəddin Cəlilov və Nəzakət Paşayeva Xalq artistinin cinayət işində zərərçəkən qismində tanınmışdı.

Sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həm Ağadadaş Ağayev, həm də qarşı tərəf “MedEra” hospitala və Xalq artistinə qarşı qaldırılmış mülki iddialara xitam veriblər.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) ilə təqsirli bilinirdi.

Mənbə: Report

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki