image-2000x150px
image-123
image-ads_atlas
image-img-20231113-wa0022backend

Ağcabədidə “8 noyabr – Zəfər Günü” münasibətilə təntənəli bayram konserti baş tutub – FOTO/VİDEO

image-728x90px

Möhtəşəm qələbəmizin 3 yaşı tamam olur. Bu il də respublikamızın hər yerində, eləcə də doğma Ağcabədiddə 8 noyabr Zəfər bayramı xüsusi qeyd edilib.

Zəfər gününə həsr olunmuş tədbir günün ikinci yarısında davam edib. Öncə Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunub, önünə çiçəklər qoyulub. Ziyarətçilər  torpaqlarımızın azad edilməsi uğurunda canından, qanından keçən vətən oğullarının və şəhidlərin məzarları üzərinə qərənfillər düzərək onların xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak edib.

Konsert proqramında ifa olunan bir-birindən gözəl, rəngarəng ifalar, rəqslər tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Yerli musiqiçilərlərə yanaşı, tədbirin musiqili qonaqları  Heydər Əliyevin 100 illik yubiliyinə  həsr etdiyi “Əsərindir Azərbaycan” layihəsinin müəllifi, əslən Şuşalı Elnarən Rza, muğam müsabiqəsinin qalib və iştirakçıları Ramiq Bayramov, Gülzar Fərəcova ve Xəyalə Qafarzadə olub.

Yekunda sənətci, Şüşanə ləqəbli Elnarə Rzanın “Azərbaycan” və yerli müğənnilərin qrup şəklində “Qarabağ Azərbaycandır!” adlı mahnısını sədaları altında atəşfəşanlıq tədbirə xüsusi rəng qatdı.

DOĞRU.AZ

image-img-20231113-wa0021 image-img-20231113-wa0027 image-img-20231113-wa0025 image-img-20231113-wa0028 image-img-20231113-wa0023 image-img-20231113-wa0024 image-img-20231113-wa0022 image-img-20231113-wa0020 image-img-20231113-wa0019 image-img-20231113-wa0026 image-img-20231113-wa0017

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki