image-2000x150px
image-123
image-ads_atlas
image-atombackend

Aİ və 40-dan çox ölkə Rusiyaya çağırış etdi

image-728x90px

Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsi birgə bəyanatla çıxış edərək Rusiyanı Zaporojye AES-dən dərhal qoşunlarını və şəxsi heyətini çıxarmağa çağırıb.

 Bəyanat Avropa İttifaqının Vyanadakı beynəlxalq təşkilatlar yanında nümayəndəliyinin rəsmi saytında dərc olunub.

Qeyd olunub ki, Rusiya hərbçilərinin və silahlarının nüvə obyektində yerləşdirilməsi qəbuledilməzdir, MAQATE-nin bütün üzvlərinin hörmət etməyi öhdələrinə götürdükləri təhlükəsizlik və təminat prinsiplərini pozur.

Bildirilib ki, Zaporojye AES-də Rusiya hərbi qüvvələrinin olması operatora və Ukrayna hakimiyyətinə beynəlxalq konvensiyalara, MAQATE-nin təhlükəsizlik standartlarına uyğun olaraq nüvə və radiasiya təhlükəsizliyi üzrə öhdəliklərini yerinə yetirməyə mane olur.

Sənəddə qeyd edildiyi kimi, Rusiyanın işğalı və Ukraynanın nüvə obyektlərində mövcudluğunu davam etdirməsi nüvə insidentləri və qəza riskini xeyli artırır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki