Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünya musiqi xəzinəsinin incilərindən sayılan Cüzeppe Verdinin “Aida” operasını təqdim edəcək.
Doğru.az xəbər verir ki, tamaşa 12 mart saat 19:00-da Heydər Əliyev Sarayında nümayiş olunacaq.
Dördpərdəli operada Radames rolunu Azərbaycanın Xalq artisti, dünyaşöhrətli tenor Yusif Eyvazov ifa edəcək. Səhnədə həmçinin Xalq artistləri Əvəz Abdulla, Fidan Hacıyeva, Əkrəm Poladov, Gülnaz İsmayılova, Əməkdar artist Afaq Abbasova və solistlər İqor Yadrov, Fəhmin Əhmədli çıxış edəcəklər.
Tamaşanın musiqi rəhbəri və dirijoru İtaliyadan dəvət olunmuş məşhur dirijor Mikelanjelo Mazzadır. Səhnə əsərinin quruluşçu rejissoru Əli Usubov, rejissoru Hafiz Quliyev, baletmeysteri Qəmər Almaszadə, xormeysteri isə Sevil Hacıyevadır.
Biletləri iTicket.az saytından və şəhərdəki kassalardan əldə etmək mümkündür.
DOĞRU.AZ




























