image-2000x150px
image-123
image-ads_atlas
image-1617642367_mmmmmmbackend

Akardan Baydenin “soyqırımı” ifadəsinə reaksiya: “Səhv düzəldilməlidir”

image-728x90px

“ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini istifadə etməsi tarixi həqiqətləri təkzib və təhrif etməkdən başqa bir şey demək deyil.”

Doğru.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Akar qeyd edib ki, “soyqırımı” ifadəsindən istifadə edənlər özlərinin və dünya tarixlərinə baxmalıdır.

“Baş verməmiş bir hadisənin təkrarı ola bilməyəcəyi kimi, ABŞ rəhbərliyinin əsaslandırması da etibarsızdır. 2020-ci ildən əvvəl belə ifadə istifadə edilmədiyi halda nə dəyişdi ki, belə bir qərar verildi? Amerika xalqının sağlam düşüncəsi bu barədə nə düşünür? Erməni xalqını belə təmsil etməyən lobbilərin rəhbərliyi altında alınan bu qərarın heç bir səbəbi və mənəvi izahı yoxdur. Məlum olmalıdır ki, tarix bu cür siyasi açıqlamalarla yenidən yazıla bilməz. Tarixdən düşmənçilik çıxarmaq və yeni qarşıdurmalar yaratmaq qəbuledilməz və faydasızdır”,- deyə Akar qeyd edib.

“Tarixdən yeni ziddiyyətlər yaratmaq qəbuledilməz və faydasızdır. Tarixi hadisələr siyasiləşdirilməməlidir. Bunun başda Türkiyə-Ermənistan və türk-erməni əlaqələri olmaqla regionda sülhə mənfi yöndə təsiri olacağı açıqdır.

Bölgəmizin sabitliyi erməni diasporu və onu dünən olduğu kimi, bu gün də öz mənafeləri naminə istifadə etməyə çalışan ölkələrin yox, bizlərin, region ölkələrinin, Türkiyə və Ermənistanın ortaq problemidir”, – deyə H.Akar bildirib.

“Türkiyə hər zaman 1915-ci il hadisələri ilə bağlı müzakirələrin siyasilər tərəfindən yox, tarixçilər tərəfindən aparılmasının zəruriliyini müdafiə edib və ABŞ kimi müttəfiqləri də daxil olmaqla üçüncü ölkələrdən də bunu gözləyib. Buna baxmayaraq, ABŞ administrasiyası bu qərarı ilə öz rəsmi məlumatlarını da inkar edərək erməni diasporunun və başqalarının təzyiqlərinə boyun əyərək ABŞ Milli Arxivlər və Qeydlər Agentliyində (NARA) olan başda general Harbordun hesabatı olmaqla mövcud sənədləri görməzdən gəlib”, – Akar qeyd edib.

“Nəticə etibarilə, əsrlər boyu güvən və firavanlıq içində birlikdə yaşadıqları və birlikdə yaşamaq istəyində olan türk-erməni cəmiyyətləri arasında bir dövrdə baş verənləri “soyqırımı” olaraq izah etmək qəflət, cəhalət, gələcəyin məhvidir. Bu səhv düzəldilməlidir”, – deyə türkiyəli nazir vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki