Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğu Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı hava nəqliyyatının istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə araşdırma aparır.
Bu barədə RİA Novosti idarəyə istinadən xəbər verir.
“Baş Nəqliyyat Prokurorluğu Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 344-cü maddəsinin 3-cü hissəsi ilə 247704031000135 saylı ibtidai istintaqı davam etdirir”, – agentlik nəqliyyat prokurorluğundan sitat gətirir.
Bildirilir ki, iki və daha çox şəxsin ölümü ilə nəticələnən hava nəqliyyatında təhlükəsizlik qaydalarının pozulması faktı ilə bağlı araşdırma aparılır.
İdarədən vurğulanıb ki, təbii fəlakətin baş vermə şəraitinin obyektiv öyrənilməsi üçün bütün tədbirlər görülür.
DOĞRU.AZ