image-n1karobka_ads
image-123
image-68b6df47ae5ac93df55bc9b2backend

Alaverdyan: Ermənistan hakimiyyəti xalqın fikrinə biganədir

image-ad_qayo_720x110px

Ermənistanın keçmiş ombudsmanı Larisa Alaverdyan biznesmen Samvel Karapetyanla bağlı vəziyyəti şərh edərkən RT-yə müsahibəsində bildirib ki, beynəlxalq təzyiqlərin Ermənistan hakimiyyətinə hər hansı təsir göstərməsi ehtimalı azdır.

Doğru.az xəbər verir ki, Alaverdyanın sözlərinə görə, Ermənistan hakimiyyəti xalqın rəyinə tamamilə biganədir:
“Onlar kənardan nəzarətdədirlər”, – deyə o qeyd edib.

Keçmiş ombudsman Ermənistan hakimiyyəti ilə kilsə arasında qarşıdurmanın davam edəcəyinə də əmindir.
“Buna heç bir şübhəm yoxdur. Əslində, bu, Erməni Apostol Kilsəsinin sabitliyi üçün çox riskli bir sınaqdır. İndiki hökumət bu məsələdə heç bir güzəştə getmək və ya geri çəkilmək fikrində deyil. Onlar (kilsə – RT) hücuma keçəcəklər, həm də daha aqressiv və vulqar şəkildə”, – deyə Alaverdyan əlavə edib.

Xatırladaq ki, bundan əvvəl erməni politoloq Artur Xaçikyan da seçkilər ərəfəsində Ermənistan hakimiyyətinin “total terrora” əl atdığını bəyan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki