image-2000x150px
image-123
image-ads_atlas
image-17166192824100611011_1200x630backend

Alıkeyxanlı sərhəd zastavası xidməti istifadəyə verildi – VİDEO

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Alıkeyxanlı” sərhəd zastavası mayın 24-də xidməti istifadəyə verilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş mərd oğul və qızların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bildirilib ki, qüdrətli dövlətimiz tərəfindən işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə paralel şəkildə sərhəd mühafizə infrastrukturlarının qurulması və yaxşılaşdırılması, müasir maddi-texniki vasitələrlə təchizatı ölkəmizin hərbi təhlükəsizliyini xüsusi diqqətdə saxlayan Müzəffər Ali Baş Komandanın şəxsi heyətə olan ali diqqəti və qayğısıdır.

Tədbirdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Xidmət rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov sərhəd zastavasının inzibati binasında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib.

Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib və şəxsi heyətlə birlikdə əsgər yeməkxanasında nahar edilib.

DOĞRU.AZ

image-17166192822788448584_1200x630 image-17166192822072162602_1200x630 image-17166192826076912192_1200x630 image-17166192823386962110_1200x630 image-17166192826381036595_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki