image-n1karobka_ads
image-123
image-orexx-pic_32ratio_900x600-900x600-5756backend

Alimlər bitki və heyvan zülallarının yuxu keyfiyyətinə necə təsir etdiyini kəşf ediblər

Harvard Xalq Sağlamlığı Məktəbinin alimləri müəyyən ediblər ki, pəhrizdə yüksək miqdarda bitki zülalının olması yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

Elmi işin nəticələri European Journal of Clinical Nutrition (EJCN) jurnalında dərc olunub.

Tədqiqatda 14 796 kişi və 83 mindən çox qadının məlumatlarından istifadə edilib. Alimlər iştirakçıların yemək vərdişləri və yuxularının keyfiyyəti haqqında məlumat toplayıblar. Tədqiqat iştirakçılarının 65%-dən çoxu hər gecə yeddi-səkkiz saat yatdığını bildirdi.

Alimlər ümumi yüksək protein qəbulu ilə yuxu keyfiyyəti arasında heç bir əlaqə tapmadılar. Bununla belə, korrelyasiya təhlili göstərdi ki, bitki mənşəli zülal gecə oyanışlarını aşağı salır və istirahətin səmərəliliyini artırır. Bitki zülalının zəngin mənbələrinə paxlalılar, taxıllar, toxumlar və qoz-fındıq daxildir.

Mənbə: haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki