image-2000x150px
image-123
image-ads_atlas
image-pexels-photo-2382223-pic_32ratio_1200x800-1200x800-25070backend

Alimlər iqlim dəyişikliyi səbəbindən dünyanın ən təhlükəli həşərat hücumları barədə xəbərdarlıq ediblər

image-728x90px

Los Alamos Milli Laboratoriyasından olan amerikalı alimlər müəyyən ediblər ki, dəyişən iqlim malyariya, Denq qızdırması, Zika virusu və digər həyati təhlükə törədən patogenləri daşıyan ağcaqanadların yaşayış yerlərini genişləndirə bilər. Tədqiqat “Journal of Climate Change and Health” (JCCH) elmi nəşrində dərc olunub.

Ağcaqanadlar kəskin yoluxucu xəstəliklərin yayılmasına səbəb olma qabiliyyətinə görə dünyanın ən ölümcül həşəratları hesab edilir. Onların daşıdıqları xəstəliklər hər il 2 milyondan çox insanın həyatına son qoyur.

Tədqiqatçıların fikrincə, gələcək iqlim dəyişikliyi müxtəlif ağcaqanad növlərinin coğrafi diapazonunu genişləndirə, daralda və ya dəyişə bilər.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki