Alimlər şizofreniya ilə insanın sinir sisteminin inkişafına cavabdeh olan genlərdəki mutasiyalar arasında əlaqəni müəyyən ediblər.
Bu barədə Rusiya Elm Fondunun (RSF) mətbuat xidməti məlumat yayıb.
Fondun fikrincə, sinir sisteminə cavabdeh olan genlərdəki mutasiyalar potensial olaraq psixi xəstəliklərin inkişafı ilə əlaqələndirilə bilər. Xüsusilə, CDH2, DCHS2, CDH23 genlərindəki pozğunluqlar psixi xəstəliklərin inkişafına səbəb ola bilər. Depressiya və şizofreniya xəstələrində sağlam insanlardan iki dəfə çox rast gəlinir.
Qeyd olunur ki, Moskva və Moskva vilayətinin sakinləri arasından üç yüzə yaxın könüllünün DNT strukturu Moskva Dövlət Universitetinin Elmi-Tədqiqat Mərkəzinin Regenerativ Tibb İnstitutunun baş elmi işçisi Maksim Karaqyaurun rəhbərlik etdiyi bir qrup genetik tərəfindən öyrənilib.
Mənbə: Gazeta.ru