Britaniyanın “The Telegraph” qəzeti “Lancet” jurnalında dərc olunmuş bütün dünya üzrə məhsuldarlıq araşdırmasına istinadən yazır ki, yaxın onillikdə dünya əhalisi azalmağa başlayacaq.
Nəşrin məlumatına görə, 14-cü əsrdə vəba pandemiyasından sonra dünya əhalisinin sayı ilk dəfə azalacaq. Səbəb doğum nisbətinin kəskin azalması olacaq. Bu dövrdə Yer kürəsinin əhalisi bütün dünyada təxminən 50 milyon nəfər, Avropa əhalisi isə təxminən üçdə bir azalıb. Bu dövr planetin əhalisinin azaldığı yeganə dövr idi.
“Dünya əhalisinin sayı taun pandemiyasından sonra ilk dəfə doğuş nisbətinin kəskin azalması səbəbindən azalacaq”, – nəşr bildirib.
Mənbə: The Telegraph