image-2000x150px
image-123
image-ads_atlas
image-89fbfed2e49fff1497d0f2b89db63f6a-1backend

Alman nazirdən şok proqnoz: Avropanı parçalanma gözləyir

image-728x90px

Almaniyanın xarici işlər naziri Annalena Berbok enerji çatışmazlığı səbəbindən Avropada parçalanma ehtimalı barədə xəbərdarlıq edib.

O, Almaniyada xarici dövlətlərin diplomatik nümayəndəlikləri rəhbərləri ilə görüşün açılışında danışıb.

Annalena Berbok Rusiyadan qaz tədarükü ilə bağlı qeyri-müəyyənliyin bu qışın Avropa İttifaqının həmrəyliyi üçün ciddi sınağa çevirəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, kansler Olaf Şolts da daxil olmaqla alman rəsmilər Rusiyanı enerji resurslarından Aİ-ni parçalamaq üçün silah kimi istifadə etməkdə günahlandırarkən, Berbok Rusiya liderinə qarşı vahid cəbhədə çıxış etməyin vacibliyini vurğulayıb. AB ölkələri maliyyə böhranından bəri üzv dövlətləri parçalayan gərginliklərdən qaçmağa çalışır.

“Bu gün enerji problemi qab-qacaq dükanına soxulan filə bənzəyir. Biz parçalanmanın bu aspektinin yaxın aylarda Rusiyanın hibrid müharibəsinin mərkəzinə çevrilməsinə hazır olmalıyıq. İndi qarşıda duran əsas problem “hər kəsə qaz çatdıra bilərikmi” məsələsi olacaq. Bu sual bizim üçün sınağa çevriləcək”, – Berbok deyib.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki