image-n1karobka_ads
image-123
image-68862469ae5ac92ba52398a0backend

Almaniya kansleri Merz İsraili Qəzzaya humanitar yardım çatdırmağa çağırdı

image-ad_qayo_720x110px

Almaniya kansleri Fridrix Merz İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Qəzza zolağında humanitar vəziyyətin ağır olduğunu vurğulayıb və təcili yardım göndərilməsinin vacibliyini qeyd edib. Almaniya hökumətinin sözçüsü Stefan Kornelius məsələ ilə bağlı açıqlama verib.

Doğru.az xəbər verir ki, Kornelius TASS-a bildirib: “Kansler Merz Qəzzanın aclıqdan əziyyət çəkən mülki əhalisinə təcili ehtiyac duyulan humanitar yardımı dərhal çatdırmağa çağırıb”.

Onun sözlərinə görə, Almaniya hökuməti yardımların tez və yetərli həcmdə çatdırılmasında israrlıdır və regiondakı vəziyyəti diqqətlə izləyir.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri iyulun 27-də Moskva vaxtı ilə saat 10:00-dan 20:00-dək Qəzzanın bir neçə bölgəsində hərbi əməliyyatlarda gündəlik taktiki fasilə tətbiq ediləcəyini açıqlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki