image-2000x150px
image-123
image-ads_atlas
image-rtsubhp-pic905-895x505-3285backend

Almaniya Litvada alman qoşunlarının sayını artırmaq üçün çalışdıqlarını deyir

image-728x90px

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Litvanı müharibə vəziyyətində Almaniya və NATO-dan hərbi müdafiəyə zəmanət verib. O, həmçinin Litvada yerləşən alman briqadasının əsgərlərinin sayının artırılması istiqamətində işlərin aparıldığını bildirib. O, Litvaya səfəri zamanı belə bəyanatlar verib.

“Tərəfdaşlarımızla birlikdə biz Litvanı, NATO-nun şərq cinahını və alyansın ərazisinin hər kvadrat santimetrini müdafiə edirik”, – DW Almaniya prezidentindən sitat gətirir. Ştaynmayer vurğulayıb ki, “Almaniya NATO və Avropada məsuliyyəti öz üzərinə götürür”.

O, həmçinin əlavə edib ki, Almaniya Litvada briqada əsgərlərinin sayını artırmaq üçün addımlar atır. Onun sözlərinə görə, bu məsələdə “sıx əməkdaşlıq” var, prosesi hər iki ölkənin müdafiə nazirləri əlaqələndirirlər.

Mənbə:BBC

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki