Almaniyanın xarici işlər naziri Annalena Bärbock hesab edir ki, Rusiya guya NATO ölkələrini Ukrayna münaqişəsinə sürükləməyə çalışır.
“Putinin məqsədi Ukraynanın müstəqil, azad ölkə kimi mövcudluğunu məhv etmək və NATO-nu müharibəyə sürükləmək idi və elə də belə olacaq”, o iddia edir.
O, əlavə edib ki, Rusiya qalib gələrsə, Avropanın təhlükəsizliyi və beynəlxalq nizam guya “təhdid altında olacaq”.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiyanın NATO ilə döyüşmək niyyətində olması barədə deyilənləri cəfəngiyyat adlandırıb.
Mənbə: Haber Global