image-2000x150px
image-123
image-ads_atlas
image-50b36913-db18-346c-b8dc-3ece9862000a_850backend

Almaniyada kilsələr qənaət rejiminə keçir, dua üçün gələnlərə adyal veriləcək

image-728x90px

Almaniyada bir neçə kilsənin rəhbərləri baha istilik xərclərini azaltmaq üçün tədbirlər hazırlayıblar.

Bu barədə “Bild” qəzeti məlumat yayıb.

Söhbət Hessen və Reynland-Pfalts federal əyalətlərindəki kilsələrdən gedir. İsti havalarda onların rəhbərliyi açıq havada xidmətlərin keçirilməsini, bəzən isə xidmətlərin onlayn keçirilməsini təklif edir. Bundan əlavə, kilsəyə dua etmək üçün gələnlərə adyal veriləcək.

Qeyd edək ki, sentyabrın 1-də Almaniyada enerjiyə qənaətlə bağlı federal hökumətin qərarı qüvvəyə minib. Qərara əsasən pərakəndə satışın həyata keçirildiyi obyektlərdə qapı və pəncərələr bağlı qalmalı, həmçinin saat 22:00-dan 6:00-a qədər vitrinlərin işıqları söndürülməlidir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki