Dekabrın 28-də Heydər Əliyev Sarayında milli teatr və kino tariximizin əfsanəsi, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” və “Şöhrət” ordenli, Bakı Bələdiyyə Teatrının yaradıcısı Amaliya Pənahovanın 80 illiyinə həsr olunmuş “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” adlı yubiley gecəsi keçiriləcək.
Doğru.az xəbər verir ki, tədbirdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, tanınmış sənət adamları iştirak edəcəklər. Gecə, aktrisanın zəngin yaradıcılıq irsinin yad edilməsi və sənətsevərlərə təqdim olunması ilə yadda qalacaq.
Biletləri Heydər Əliyev Sarayının kassasından əldə etmək mümkündür.
DOĞRU.AZ


























