image-ads_n1karobka_mobile
image-photo_109171backend

ANAMA: Ötən həftə 397 partlamamış hərbi sursat zərərsizləşdirilib – FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Doğru.az-a bildirilib ki, iyulun 7-dən 14-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 79, tank əleyhinə 68 mina və 397 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1287.4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

DOĞRU.AZ

image-17210465542204564231_1200x630 image-17210465545191365120_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki