image-2000x150px
image-123
image-ads_atlas
image-20220929angelinapostbackend

Ancelina Coli iranlı qadınlara belə DƏSTƏK OLDU

image-728x90px

Qadının hüquqlarının aktiv müdafiəşisi kimi tanınan ktrisa Ancelina Coli İranda baş verən olaylara biganə qala bilməyib.

 Hollivud ulduzu sentyabrın 16-sı əxlaq polisi tərəfindən zorakılığa məruz qalan və dünyasını dəyişən 22 yaşlı Məhsa Əmini ilə başlayan aksiyalara münasibət bildirib.

O, bu barədə fikirlərini instaqramda paylaşıb.

“İranın cəsur, meydan oxuyan, qorxmaz qadınlarına hörmətlə. Onilliklər boyu sağ qalan və müqavimət göstərən hər kəs, bu gün küçələrə axışanlar, Məhsa Əmini və onun kimi bütün gənc iranlılar: Qadınların əxlaqlarının nəzarət olunmasına, yenidən tərbiyə edilməsinə və ya bədənlərinin idarə olunmasına ehtiyac yoxdur. Onlara yaşamaq azadlığı, təhdidsiz və zorakılıqsız nəfəs almaq lazımdır” , – o, paylaşımında yazıb.

Qeyd edək ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı daha üç qadın – 23 yaşlı Hananeh Kia, 33 yaşlı Qəzəli Çələvi və 20 yaşlı Hədis Nəcəfi öldürülüb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki