Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP, Ak Parti) rəsmi nümayəndəsi Ömər Çelik bildirib ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın “son seçkilər”lə bağlı dediyi sözlər onun siyasətdən getməsi demək deyil.
Bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Çelikin sözlərinə görə, Ərdoğan “son seçkilər”lə bağlı bəyanatını konstitusiya ilə səlahiyyətlərinin məhdudlaşdırılmasını əsas gətirərək verib. Bu siyasətdən getmək vədi deyil. Belə bir siyasi gündəm yoxdur.
Martın 8-də Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğan mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin onun üçün yekun seçki olacağını bildirib.
DOĞRU.AZ