image-ads_n1karobka_mobile
image-172666451563797143_1200x630backend

Ankarada Şərqdə ilk qadın bəstəkar Şəfiqə Axundovanın xatirəsinə həsr olunmuş qala-konsert olacaq

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) XXV Balet Günləri çərçivəsində Ankarada Şərqin ilk qadın bəstəkarı Şəfiqə Axundovanın anadan olmasının 100 illiyinə həsr olunmuş qala-konsert olacaq.

TÜRKSOY-dan bildirilib ki, Azərbaycanın Xalq artisti Şəfiqə Axundovanın xatirəsinə həsr olunmuş qala-konsert sentyabrın 25-də Ankara Dövlət Opera və Balet Teatrında keçiriləcək.

Azərbaycan səfirliyindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tədbirə fəal təşkilati dəstək göstərəcəklər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki