image-n1karobka_ads
image-123
image-shutterstock_139068419-pic_32ratio_1200x800-1200x800-46451backend

Anqolada cadugərlik sınağından 50 nəfər ölüb

Anqolada cadugərlikdə şübhəli bilinən 50 nəfər naməlum maye içməyə məcbur edilərək ölüb.

Bu barədə Daily Mail məlumat yayıb.

Bi əyalətində qara sehrdə şübhəli bilinən şəxslər cadugərliyi yoxlamaq üçün naməlum maye içməyə məcbur edilib və Kamakupa şəhərinin 50 sakini ölüb. Qaranlıq qüvvələri ilə əlaqə sınağı icmanın ağsaqqalları tərəfindən aparıldı, mayenin tərkibinə tam olaraq nə daxil olduğu məlum deyil.

Yerli polisin məlumatına görə, Anqolada belə bir ritual geniş yayılıb, lakin son vaxtlar belə hadisələrin sayı artıb və hüquq-mühafizə orqanları onların qarşısını almağa çalışır. Hazırda Anqolada sehr tətbiq etməyi qadağan edən heç bir qanun yoxdur.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki