image-n1karobka_ads
image-123
image-292795_l68uvm9ojwbackend

Araş məşhur mahnını bu dəfə Coni ilə oxudu – VİDEO

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) dünya şöhrətli müğənni Araşla bir araya gəlib.

Axşam.az xəbər verir ki, onlar 2000-ci illərdə dünyada hit olan “Boro-Boro” mahnısının remeykini hazırlayıblar. Araşla videosunu sosial şəbəkədə paylaşan Coni bunları yazıb:

“Cümə günü biz 2000-ci illərdə dünyada milyonlarla insanın qəlbini fəth etmiş əfsanəvi “Boro-Boro” mahnısının remeykini təqdim edəcəyik. Coni və Araş – “Уходи Уходи”.

Qeyd edək ki, Araş 2009-cu ildə Aysel Teymurzadə ilə Azərbaycanı “Eurovision”da təmsil edib. O, müsahibələrində ulu babasının azərbaycanlı olduğunu bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki