Argentina Senatı iqtisadiyyatın liberallaşdırılmasına yönəlmiş əsas sənəd olan prezident Xavyer Milinin fövqəladə fərmanını rədd edib.
Senatın rəhbəri və ölkənin vitse-prezidenti Viktoriya Villaruel “Fərman qəbul olunmayıb” dedi. Səsvermə Senatın YouTube kanalında yayımlanıb.
Sənədin lehinə 25 senator, əleyhinə 42 senator səs verib, dördü isə bitərəf qalıb.
2023-cü ilin dekabrında Miley iqtisadiyyatın tənzimlənməsinin dayandırılması üçün 300-dən çox islahat haqqında fərman imzalayıb. Bu sənəd onun ölkənin inkişafı ilə bağlı baxışını əks etdirir.
Mənbə: A Haber