Ay ətrafında həyata keçirilən tarixi missiya uğurla başa çatıb.
Doğru.az xəbər verir ki, NASA Artemis II astronavtlarının Yerə qayıtdığını açıqlayıb.
Agentliyin məlumatına görə, heyət 11 aprel tarixində Ay ətrafında 10 günlük missiyanı tamamlayaraq təhlükəsiz şəkildə Yerə eniş edib. Missiya çərçivəsində Reid Wiseman, Victor Glover, Christina Koch və Jeremy Hansen Ay ətrafında insanlı uçuşu uğurla həyata keçiriblər.
Qeyd edilib ki, Orion kosmik gəmisi 3 apreldə Aya doğru trayektoriyaya daxil olmuşdu. Missiya zamanı astronavtlar Yerdən ən uzun məsafəyə insanlı uçuş rekordunu da yeniləyiblər.
DOĞRU.AZ

























