image-2000x150px
image-123
image-ads_atlas
image-30b18bed-b49d-3e54-ba63-d63aef30ae12backend

Artilleriyaçılarımız Ermənistanın da qatıldığı yarışda uğurla iştirak edir – FOTO

image-728x90px

Azərbaycanın artilleriyaçıları Ermənistanın da qatıldığı yarışda uğurla iştirak edir.

Bu barədə “Doğru.Az“-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində gecə atışları icra olunub.

Maneələr zolağını və minalanmış ərazini keçən artilleriyaçılarımızın ikinci heyəti işıqlandırılan hədəfləri minaatan, qumbaraatan və avtomatlardan atəş açmaqla məhv edib.

Bütün tapşırıqların öhdəsindən bacarıqla gələn hərbi qulluqçularımız hakimlərin qərarına əsasən mərhələni üçüncü yerdə başa vurublar.

Qeyd edək ki, beynəlxalq müsabiqədə Azərbaycan ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuella və Zimbabve komandaları iştirak edir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki