Stokholmdakı Paleogenetika Mərkəzinin isveçli alimləri müasir Skandinaviya ərazisində daş dövründə yayılmış mikrobları tədqiq ediblər.
Onlar belə bir nəticəyə gəldilər ki, o dövrdə demək olar ki, hər hansı bir patogen bakteriya ibtidai insanın həyatını təhdid edirdi. Tədqiqat Scientific Reports (SciRep) elmi jurnalında dərc olunub.
Mütəxəssislər İsveç və Norveçdə fermerlərin, ovçuların və toplayıcıların qalıqlarında tapılan 9500-4500 il əvvələ aid olan meningokoklar, enterokolitlər və salmonellaları təsvir ediblər.
“Salmonella enterica hadisəsi bizə o dövrlərin nə qədər çətin olduğunu göstərir. Linköpinqdəki Bergsgraven-də döyüş baltası mədəniyyəti dəfnində salmonellyoza yoluxmuş iki nəfər tapırıq. Tamamilə mümkündür ki, onların sonunun səbəbkarı o olub”, – elmi əsərin müəllifi Nora Berqfeldt qeyd edib.
Mənbə: Gazeta.ru