image-n1karobka_ads
image-123
image-0e0e2b4b-dbc2-4f54-b5fe-23ba59c1f52ebackend

ASAN könüllüləri “Bilik Karvanı” layihəsini reallaşdırırlar

image-ad_qayo_720x110px

​“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” layihəsinə start verilib.

Doğru.az Bilik Gününə həsr olunan sosial təşəbbüs həssas qrupdan olan uşaqlara sevinc bəxş etmək, yeni tədris ilinə onları daha da həvəsləndirmək məqsədilə gerçəkləşir.

​Layihənin açılış mərasimində 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən 6-14 yaş kateqoriyasındakı 100 uşağa hədiyyələr təqdim olunub.

​Həmçinin iştirakçılar üçün “SİMART” Sağlam İnkişaf Platforması tərəfindən film saatı, “Start IT” şirkəti tərəfindən M-bot futbol, “Bilim Bakı” mərkəzi tərəfindən təbiət mövzusunda laboratoriya və müxtəlif ustad dərsləri təşkil olunub.

​ “Bilik Karvanı” layihəsi boyunca Azərbaycanın bir çox bölgəsində 600-dən çox uşağa məktəb çantası, ləvazimətları, kitablar və digər hədiyyələr təqdim olunacaq.

Xatırladaq ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 10000-dən çox uşağın arzusu reallaşdırılıb.

DOĞRU.AZ

image-3a2d573b-4956-488e-859e-c59957a1323d image-795f1e7b-e5eb-49f4-b435-e266df680eae image-80471366-af2a-42b5-9e34-5733d632693a image-c487bb45-05ed-4530-a82f-0745b59a2df8 image-d43e3b7c-835f-4330-9f72-b8360407f25e image-db572576-a727-4d3b-ba75-74b8b7292ed8 image-dcb0bf58-aac1-4136-bb3e-362940e3890f

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki