Oktyabrın 17–18-də Qazaxıstanın “Astana balet” teatrının səhnəsində Şirvan xalçası haqqında qədim Azərbaycan əfsanəsi əsasında hazırlanmış ikipərdəli “İki xalça” baletinin premyerası təqdim olunacaq.
AZƏRTAC Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinə istinadla yazır: bu bədii əsər tamaşaçıları xalça naxışlarının həyat salnaməsinə çevrildiyi, hər bir sapın tale və hisslər daşıdığı sehrli bir dünyaya aparır.
Librettonun müəllifi və layihənin ilhamvericisi Valeri Kopeikindir. Musiqi isə baş dirijor Arman Urazqaliyevin rəhbərliyi ilə “Astana balet” teatrının Simfonik Orkestrinin canlı ifasında səslənəcək.
“İki xalça” baleti yalnız bir səhnə əsəri deyil, o, Şərqlə Qərbi, ənənə ilə müasirliyi, əbədi məhəbbət mövzusunu və insan yaddaşının sonsuz gücünü birləşdirən epik hekayədir.
DOĞRU.AZ